download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell futbol jurnalistləri üçün təlim təşkil edib
    20.05.2015

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün iki günlük təlim keçirib. Təlimin məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirməkdir. Futbol xəbərlərinin auditoriyaya daha yaxşı formada çatdırılması üçün  müasir media vasitələrinın üstünlüklərindən faydalanan iştirakçılar praktik məşğələlər vasitəsilə yeni bilik və bacarıqlar əldə edəcəklər. Bayıl Arena stadioununda idman sahəsindən yazan jurnalistlər üçün təşkil olunan təlim yerli mütəxəssislər tərəfindən aparılıb. Burada futbol jurnalistlərinə “Xəbərlərin auditoriyaya maraqlı çatdırılması qaydaları və yolları”, “Peşəkar futbol şərhçiliyi”, “Multimediadan düzgün istifadə” və s. kimi mövzular haqqında danışılıb.   Təlim sessiyasının sonunda Milli yığmanın baş məşqçisi Robert Prosineçki,   millinin oyunçuları Vüqar Nadirov və Qara Qarayev iştirak edərək  futbol və futbolçular haqqında xəbərlərin mediada işıqlandırılması ilə bağlı öz müşahidələrini  bölüşüblər. Təlimin ikinci məhrhələsi futbol xəbərlərinin multimedia vasitələrində yayılmasına həsr olunacaq və Milli Mətbuat günü ərəfəsində keçiriləcək. O vaxta kimi isə idman jurnalistləri birinci mərhələdə əldə etdikləri məlumatları onlayn məşğələlərdə tətbiq edəcəklər. Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılardan biri Mançesterə yollanacaq. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.