Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti fakturalı xətt sahiblərinin maraqlarını qarşılama məqsədilə rouminqə qoşulma qaydalarını sadələşdirir.
Belə ki, dekabr ayından etibarən bütün Klass və Gold tarif istifadəçiləri rouminqə qoşulmanı USSD vasitəsilə həyata keçirə biləcəklər.
Xidməti aktivləşdirmək üçün fakturalı xətt istifadəçiləri ölkə hüdudlarını tərk etməzdən əvvəl telefonlarında {{buttons "*121#1#C"}} yığmaqla rouminq xidmətinə qoşula və xarici səfərləri zamanı istifadə edə biləcəklər.
Xidmətdən imtina üçün {{buttons "*121#0#C"}}, xidmət haqda əlavə məlumat almaq üçün isə {{buttons "*121#C"}}.
Rouminq xidmətinə qoşulma və imtina pulsuzdur.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.