Azərbaycanın aparıcı mobil operatorlarından olan Bakcell şirkəti, bu yaxınlarda əldə etdiyi nailiyyətləri və uğurlu rebrendinqi distribyutor və dilerləri ilə birgə qeyd edib. Ölkənin bütün yerlərindən Bakcell-in distribyutor və dilerlərini bir araya yığan tədbir, Bakıdakı Hyatt Regency otelində təşkil olunub.
Bakcell-in baş Kommersiya direktoru Krasimir Genov şirkətin distribyutor və dilerlərinə tədbirə qatıldıqları üçün təşəkkür edib. O bildirib ki, Bakcell inkişaf edir və şəbəkə dairəsinin genişlənməsi, distribyutorlara və bunun nəticəsi olaraq, Bakcell-ə biznes imkanlarını genişləndirmək üçün daha çox imkanlar verir.Təşkil olunmuş xüsusi təqdimetmə mərasimi zamanı, Bakcell işçiləri ilin 1-ci yarısı üçün nəticələri açıqlayıb və yeni brendin distribyutor və dilerlərin fəaliyyətinə müsbət təsirini müzakirə ediblər. Bakcell komandası həmçinin gələn yarım il üçün nəzərdə tutulmuş hədəflərini açıqlayıb və gələcək reklam kampaniyaları haqqında məlumat verib. Bakcell-in distribyutor və dilerləri Milli Distribyusiya Şəbəkəsi yarışmasında qalibləri müəyyən etmək üçün püşkatmada iştirak ediblər. Bakcell-in ən uğurlu distribyutor və dilerləri xaricə səyahət və digər müxtəlif hədiyyələr qazanıblar. Bu il həmçinin Bakcell-in distribyutor və dilerləri üçün Milli Satış Konfransı keçiriləcək.