Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin tövsiyəsinə əsasən mobil imzanın (Asan İmza) aktivləşdirilməsinə və xidmət qiymətlərinə dəyişiklik tətbiq edir.
Dəyişikliklərə uyğun olaraq, bütün seqmentlər üzrə sertifikatın alınması qiyməti bir neçə dəfə aşağı salınıb. İndi fiziki şəxslər, dövlət orqanları və sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər bu sertifikatı cəmi 18 manata əldə edə biləcəklər.
Hər üç kateqoriya üzrə aylıq abunə haqqı 0.50 AZN təşkil edəcək.
İndi mobil imza xidmətinin aktivləşdirilmə və xidmət qiymətləri aşağıdakı kimidr:
Sertifikat üçün 3 illik ödəniş 1 aylıq abunə 3 illik abunə SİM dublikatı üçün ödəniş
Fiziki şəxslər üçün
30 AZN
0.50 AZN
12.99 AZN
3.54 AZN
Dövlət orqanları üçün
80 AZN
0.50 AZN
12.99 AZN
3.54 AZN
Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər üçün
154 AZN
1 AZN
24.99 AZN
3.54 AZN
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru “B.est Solutions” şirkəti ilə birlikdə həyata keçirilən mobil imza xidməti e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.
Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “Asan imza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi “Bakcell”in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni “SİM kart” əldə edə bilər.
Fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları (və yaxud onları təmsil edən şəxslər) Bakcell müştəri xidmətləri mərkəzlərinə öz şəxsiyyət vəsiqələrini və müvafiq dövlət qurumlarından məktub gətirməlidirlər. Abunəçi “Asan imza”nın aktivləşdirildiyi SİM kartı əldə etdikdən sonra mobil imza sertifikatını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etməldir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 299 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.