download bakcell application logo

Backcell
Backcell
Bakcell öz əhatə dairəsini genişləndirdi
15.03.2009

2009-cu ilin fevral ayı ərzində “Bakcell Ltd.” Respublika ərazisində 31 baza stansiyası quraşdırmışdır. Yeni baza stansiyalarının istifadəyə verilməsi sayəsində Bakıda, Abşeron yarımadasında, Ağsu, Goranboy, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Zaqatala,  Samux, Mingəçevir və Balakən rayonlarında şəbəkənin əhatə dairəsi və keyfiyyəti  artırılmışdır. Hal-hazırda Bakcell şəbəkəsi Azərbaycan ərazisinin 80%-dən çox hissəsini əhatə edir. Bu, 2009-cu ilin sonunadək respublikamızda Bakcell-in xidmətlərinin əhatə dairəsinin maksimum genişləndirilməsi üzrə genişmiqyaslı planın yalnız bir hissəsidir. Şirkətdə böyük səy göstərilir ki, Bakcell öz abunəçilərini bütün Azərbaycan ərazisinin keyfiyyətli xidmətlərlə əhatə olunması ilə təmin edən mobil operator kimi öz mövqeyini möhkəmlətsin.