Bakcell müştərilərə daha yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, müştəri təcrübəsini inkişaf etdirmək üçün yeni addımlar atır. Noyabrın 23-dən etibarən Bakcell-in Məlumat Mərkəzinə (Call-Center) zəng etmək üçün 555-qısa nömrəsini yığmaq lazım gələcək.Beş-beş-beş! Yadda saxlamaq, əlaqə yaratmaq üçün çox asandır. Bu nömrənin tətbiq olunmasının məqsədi müştəri xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqdır. Əvvəllər Bakcell müştəriləri mobil telefonlarından (Cin-170, Klass-120,122 və Gold – 144) nömrələrinə zəng edirdilər. Bütün bu nömrələr müəyyən bir vaxt ərzində yenə də xidmət göstərəcək və tədricən müştərilərə yeni 555 nömrəsindən istifadə etməyə imkan verəcək. Məlumat Mərkəzinə zəngin tarifi dəyişməyib. Hər zəng üçün Cin abunəçilərindən əvvəlki kimi 10 kontur çıxılacaq. Klass və Gold müştəriləri üçün isə 555-ə zənglər pulsuzdur. Bakcell Məlumat Mərkəzini təkmilləşdirib və fəxr edir ki, müştəri xidmətləri sahəsində dünya standartlarına nail olub. Zənglərin 95%-i 10 saniyədən az vaxt ərzində cavablandırılır.