download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell EDGE - yüksəksürətli mobil internet texnologiyasını təqdim edir
    10.04.2009
    Bakcell EDGE - yüksəksürətli mobil internet texnologiyasını təqdim edir

    Azərbaycanda ən iri mobil operatorlardan olan Bakcell şirkəti EDGE sürətli internet texnologiyasını tətbiq edib. Bu texnologiya mobil telefondan internetə sürətlə qoşulmanı təmin edərək məlumatların ötürülməsi texnologiyasıdır. Yeni texnologiyadan istifadə etmək üçün abunəçi mobil telefonundan 6950 qısa nömrəsinə boş SMS göndərməlidir. Cavab olaraq o, telefonu ücün seçənəklər SMS-i alacaq. Seçənəkləri yaddaşa daxil edəndən sonra abunəçi Cin Kart abunəçiləri üçün hər 40 kb üçün 4 kontur, Klass abunəçiləri üçün isə hər 40 kb-ı 1 qəpik tarifi ilə internetdən istifadə edə bilər. Qeyd edək ki, Bakcell-lə Nokia Siemens Networks arasında bağlanmış müqaviləyə əsasən, Nokia Siemens Networks xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin artırılması məqsədilə Bakcell-də EDGE texnologiyasının tətbiq edilməsi üçün GSM şəbəkəsinin genişləndirilməsini və yenilənməsini təmin edəcək.