Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, ötən ilki ilk uğurlu smartfonunun ardından böyük məmnuniyyətlə Azərbaycan bazarında yeni brend smartfonu olan “ALOV”u təqdim edir.
Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, Android əməliyyat sistemində olan ALOV smartfonu cəlbedici, güclü və eyni zamanda münasib smartfon axtarışında olanlar üçün gözəl təklifdir.
“Biz ötən il bazarda öz brend smartfonunu - Bakcell smartfonunu təqdim edən ilk mobil operatoruq. Bakcell smartfonları 2013-cü ildə bizim üçün çox uğurlu təşəbbüs olub. Bakcell 3G İnternet brendi və Bakcell brendi ən yaxşı mobil məlumat ötüməsi və mobil internet xidməti göstərməsi ilə tanınır. Bu iki xüsusiyyəti yüksək keyfiyyət və funksionallığı ilə seçilən mobil qurğuda cəmləşdirmək bizim üçün labüd addım idi. Bazarda Bakcell smartfonuna kifayət qədər yüksək tələbat oldu. Biz əminik ki, ALOV ən yaxşı istifadə təcrübəsi təqdim etməklə bizim ilk smartfonumuz qədər uğurlu olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
ALOV smartfonu yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: 3G İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.
Smartfonun xüsusiyyətləri aşağıdakı kimidir:
Geniş 4.7 düymlü sensorlu ekran
5 meqapiksel kamera
Ön kamera
4-nüvəli prosessor - 1.3 GHz Quad Core
RAM 512 + ROM 4GB
Əməliyyat sistemi- Android 4.4
2000 mAh Batareya
Premium smartfon xüsusiyyətlərinə malik bu cihazın qiyməyi 129 AZN təşkil edir.
Alıcılar 1 illik zəmanətə yanaşı, hər ay 1GB olmaqla 6 ay ərzində bonus şəklində internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonra abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 AZN yükləməlidir.
ALOV smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər.
ALOV smartfonu “Bakcell”in rəsmi diler və tərəfdaşı olan dükanlardan əldə oluna bilər.
ALOV smartfonu barədə əlavə məlumatı bu linkdə əldə etmək olar: http://www.bakcell.com/az/alov-smartfon
Örən il Bakcell şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013- 2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Bu uğurun əsas səbəbi cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı, cihazın zərif görünüş və toxunuşa malik olması olub.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.