Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti böyük məmnuniyyətlə yeni eksklyuziv kampaniyasını elan edir.
Məzuniyyət mövsümünün gəlişini nəzərə alaraq, Bakcell ölkə xaricində dincəlməyə üstünlük verən müştərilər üçün xüsusi təklif hazırlayıb. Bakcell şirkətinin təqdim etdiyi yeni kampaniya rouminq zənglərini heç vaxt olmadığı kimi sərfəli edəcək.
İyun ayının 21-dən etibarən, Türkiyə, Gürcüstan və Rusiyaya səfər edən bütün CİN və Yeni Klass abonentləri daxil olan zənglərin dəqiqəsinə sadəcə 0.35 AZN ödəyib danışa biləcəklər. Bundan əlavə, kampaniya çərçivəsində çıxış zəngləri üçün xüsusi qiymət təklif olunur. Belə ki, Rouminqdə olarkən hər bir çıxış zənginin dəqiqəsinin qiyməti sadəcə 0.75 AZN təşkil edəcək.
Kampaniyaya qoşulmaq üçün {{buttons "*130#C"}} nömrəsini yığmaq kifayətdir. Kampaniyanın gündəlik xidmət haqqısı 0.35 AZN təşkil edir. Abunəçi Azərbaycana qayıdan zaman xidmət avtomatik olaraq dayandırılacaqdır.
Səfərdə olarkən ən sərfəli rouminq tariflərindən yararlanmaq üçün, abunəçilər aşağıda göstərilən şəbəkələrə qoşulmalıdırlar:
Türkiyə – Vodafone və Avea
Gürcüstan – Magticom və Mobitel
Rusiya - Beeline
Bu unikal tarif yalnız 30 Sentyabr 2013-cü il tarixinə qədər qüvvədə olacaqdır. Kampaniyada iştirakınızı dayandırmaq üçün {{buttons "*130#0#C"}} yığın.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.