download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell “Bakutel 2015” stendində gənclər üçün imkanlar nümayiş etdirir
    04.12.2015

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn və öz gələcəyini telekommunikasiya sektorunda görən gənclər üçün yaratdığı imkanları nümayiş etdirir. “Bakcell”in stendində “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “AppLab” innovativ mobil developer layihəsinə həsr olunmuş xüsusi güşə yaradılıb. Burada “AppLab”ın indiyə qədərki məzunları - “Bethclip” və xərcim.az layihələrinin rəhbərləri mobil developer proqramları ilə maraqlanan gənclərə ətraflı məlumat verib, öz təcrübələrini onlarla bölüşürlər. Bundan başqa onlar Bakcell stendində quraşdırılmış son model 3D printerinin işləmə mexanizmi ilə bağlı maraqlananlara məlumat verir, “Bakcell”in loqosu ilə 3D printerində çap olunmuş müxtəlif əşyaları sərgi ziyarətçilərinə hədiyyə edirlər. Bakcell şirkəti Azərbaycanda mobil proqram tərtibatı sahəsinin zəruri şəraitlə təmin olunması istiqamətində əlindən gələni edir. Məqsəd mobil proqram tərtibatçılarının öz həmkarları ilə təcrübə mübadiləsi apara biləcəyi lazımi mühit yaratmaqdır. Bununla yanaşı Bakcell şirkəti mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin edir.   *** “Bakcell”in stendində “Smart Start” təcrübə proqramına həsr olunmuş guşə də gənclərin sərgidə ən çox baş çəkdikləri yerlərdən biridir. Bakcell şirkətinin insan resursları departamentinin əməkdaşları, eyni zamanda “Smart Start” proqramının ötən ilki məzunları öz gələcəklərini telekommunikasiya sektorunda görən və “Bakcell”də təcrübə keçmək arzusunda olan gənclərə proqram haqqında məlumat verirlər. Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və “Bakcell”də peşəkar mühitlə tanış olmaq imkanı əldə edirlər. *** Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə etmək imkanı vəd edir. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.