Paytaxtın Botanika Bağı yerləşən ərazisində Bakcell şəbəkəsi kənar müdaxilə ilə üzləşib. Nəticədə şirkətin həmin ərazidəki şəbəkəsində problemlər yaranıb.
Azərbaycanın mobil operatoru Bakcell paytaxtın Botanika Bağı yerləşən ərazisinin sakinlərindən baş vermiş bu kənar müdaxiləyə və şəbəkədə yaranmış problemlərə görə üzr istəyir. Bakcell şirkəti baş vermiş məsələni araşdırılır və ümid edir ki, problem iyulun 1-dən gec olmayaraq həll olunacaq. Bakcell bir daha baş vermiş müvəqqəti narahatlığa görə üzr istəyir. Hər hansı bir sual yaranarsa, abunəçilər Bakcell-in Məlumat Mərkəzinə - 555-ə zəng edə bilərlər.