download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti yeni Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini istifadəyə verir
    29.04.2014

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz müştərilərini ən yüksək keyfiyyətli şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə yeni Müştəri Təcrübəsinin İdarə edilməsi sisteminə sərmayə yatırır. Şirkəti şəbəkə fəaliyyətində mövcud olan çatışmazlıqların intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həll edilməsi zamanı proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına imkan verən yeni mərhələyə qədəm atdı.   Bakcell dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkəti olan Huawei ilə əməkdaşlıq çərçivəsində xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem yaradacaq. Bu sistem xidmətin keyfiyyətinin təkmilləşdirilməsi, əməliyyat effektivliyinin artırılması və biznesin davamlı inkişafı üçün müştəri məmnuniyyətinin yüksəldilməsində Bakcell şirkətinə kömək edəcək. Son illərdə “Bakcell”in strateji diqqəti şirkətin müştərilərə təqdim etdiyi bütün şəbəkə texnologiyaları və xidmətlərində müştəri təcrübəsinin və məmnuniyyətinin artırılmasına yönəlib. Bakcell şirkəti müştərilərini yüksək səviyyəli təcrübə və ən üstün xidmət keyfiyyəti ilə təmin etmək məqsədilə son-istifadəçi təcrübəsinin idarə edilməsinə sərmayə yatırır.   “Effektiv əməliyyat transformasiyası vasitəsilə Bakcell müştəri təcrübəsinin idarə edilməsi sisteminə qoyulan sərmayələrdən istifadə edərək müştəri təcrübəsini daim diqqət mərkəzində saxlayaraq Azərbaycanın telekommunikasiya bazarının liderinə çevriləcək”, deyə Bakcell şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib. Huawei SmartCare® sistemi multi-ölçülü səs və data xidmətlərinin qiymətləndirilməsi ilə yanaşı real vaxt rejimində E2E multi-vendor şəbəkə keyfiyyətinin monitorinqini və təhlili mühitini təmin edir. Bu sistem Əsas Keyfiyyət Göstəricisi (ƏKG), VIP xidmət imkanları, korporativ istifadəçilər üçün Xidmət Səviyyəsinə dair Razılaşma, rouminq təhlili, şikayətlərin emalında yardım və GSM/UMTS/LTE şəbəkələri üçün digər əlavə funksiyaları təqdim edir.   “Huawei Bakcell şirkətinin SmartCare® həllini seçdiyinə görə olduqca məmnundur və biz inanırıq ki, öz müştərilərini ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməkdə Bakcell şirkətinə köməklik edəcəyik”, deyə Huawei Azərbaycan nümayəndəliyin baş direktoru, Quo Xiaobing bildirib.    *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Huawei haqqında Huawei şirkəti dünyanın aparıcı informasiya-kommunikasiya həlləri təchizatçısıdır. Müştərilərin tələblərinə ünvanlanan innovativ həllərimiz və inkişaf etmiş partnyor şəbəkəmiz sayəsində biz telekommunikasiya şəbəkələrini və terminalların quraşdırılmasında böyük nəticələrə nail olmuşuq. Biz operatorlar, şirkətlər və yekun istifadəçilərə rəqəbətədavamlı həllər və xidmətlər təklif etməklə onlar üçün maksimum səmərəli şərtlər yaratmağa çalışırıq. Bizim xidmət və həllərimizdən dünyanın 140 ölkəsində, planetin üçdə bir hissəsi istifadə edir.