Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri Portmanat ödəniş sistemi vasitəsilə balanslarını artıra bilərlər. Portmanat gündəlik istifadə oluna bilən elektron pul kisəsidir. Bu ödəniş sisteminə qoşulan istənilən şəxs elektron pulqabı hesabı yaratmaqla mobil telefon və ya kompüter vasitəsilə istənilən vaxt asanlıqla müxtəlif ödənişlər həyata keçirə və yenidən “Portmanat”a pul qoya bilər.
Qeyd edək ki, bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək şərt deyil. Qeydiyyatsız və hesab açmadan ödəniş həyata keçirmək istəyən istifadəçilər Portmanat Code xidmətindən elektron vauçer almaqla istifadə edə bilərlər. Bununla yanaşı Portmanat xidmətindən istifadəni daha asan olması məqsədilə mobil cihazlar üçün pulsuz proqram hazırlanıb. Bu proqram vasitəsilə bütün ödənişlərin həyata keçirilməsi mümkündür. Proqramı bu linkdən istifadə edərək pulsuz yükləmək olar https://play.google.com/store/apps/details?id=az.Portmanat.Mobile
Portmanat barədə daha ətraflı məlumatı https://www.portmanat.az/ səhifəsindən əldə etmək olar.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.