download bakcell application logo

Backcell
Backcell
Bakcell yeni SMS2EMAIL xidmətini təqdim edir
03.03.2010

Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, öz müştəriləri üçün yeni SMS2EMAIL xidmətini təqdim edir. Bundan sonra, Bakcell abunəçiləri SMS-lə istənilən elektron poçt ünvanına mətn mesajları göndərə bilərlər. Bu yeni xidmətdən istifadə etmək üçün Bakcell abunəçiləri öz mobil telefonunda boş məsafədən sonra name@domain.com mətnli mesaj yaratmalı və onu 9000 qısa nömrəsinə göndərməlidir. Nümunə: name@domain.com . Görüş . Salam, gəl saat 10:30-da görüşək Bütün mesajlar +99455XXXXXXX@sms2email.bakcell.com elektron ünvanından gələcək, burada XXXXXXX – Sizin mobil telefonunuzun nömrəsi olacaq. SMS-ə cavab olaraq hər bir Bakcell abunəçisi standart SMS göndərə və ya sadəcə zəng edə bilər. SMS mesajının 9000 qısa nömrəsinə göndərilmə qiyməti 0.09 AZN-dir (45 kontur). Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.