download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell “Əhatənin Üstün Dərəcəsi” adlı yeni kampaniyaya başlayıb
    29.11.2010

    Azərbaycanın ilk mobil rabitə operatoru olan Bakcell şirkəti “Əhatənin Üstün Dərəcəsi” adlı yeni kampaniyaya start verdiyini bəyan edib. Bu kampaniya ilk dəfə olaraq ötən həftə Bakıda keçirilən BakuTel - 2010 Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində nümayiş olunub. Son iki il yarım ərzində Bakcell öz şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsinə 325 milyon dollar vəsait yatırıb. Məqsədyönlü sərmayə qoyuluşu nəticəsində şəbəkənin əhatə dairəsi 75%-dək artıb. Bu gün artıq fəaliyyətdə olan iki min baza, 5600 mobil və 19000 ötürücü stansiyaların sayəsində Bakcell şəbəkəsi əhalinin 95%-ni və ölkə ərazisinin isə ucqar ərazilər də daxil olmaqla 82%-dən çox hissəsini əhatə edir. Bakcell-in Baş İcraçı Direktoru Xanım İneke Botter bildirib: “Bakcell digər mobil operatorlar arasında son 3 il ərzində ən böyük sərmayə yatıran şirkətdir. Biz böyük sevinc hissi ilə bildirmək istərdik ki, biz Bakcell abunəciləri üçün dünya səviyyəli yüksək xidməti təmin edə biləcək müasir şəbəkənin qurmuşuq.” Bugün Bakcell-in xidmətlərindən gündəlik istifadə edən aktiv abunəçilərin sayı 2 milyondan çoxdur. Bakcell mükəmməl əhatə dairəsinin, eləcə də yükcək səviyyəli müştəri xidmətlərinin və ən son tələblərə cavab verən mobil xidmətlərin təmin olunmasını bundan sonra da davam etdirmək niyyətindədir. Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.