download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell yeni internet əyləncə portalını istifadəyə verdi
    29.02.2016

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni internet Əyləncə portalını istifadəyə verdiyini böyük məmnuniyyətlə elan edir. Bu yeni portal “Qoş və Coş” brend adı altında istifadəyə verilmiş ikinci xidmət olacaq. İstifadəyə verilən bu yeni portalın məqsədi onlayn istifadəçiləri müxtəlif xidmətlərlə, o cümlədən, qaynar təkliflər, oyunlar, musiqi, xəbərlər və məsləhətlər, EA oyunlar, M-təhsil, Bakcell futbol mərkəzi, İVR çat və bir sıra digər xidmətlərlə təchiz etməkdir. Onlayn ziyarətçilər bu yeni internet səhifəsində hava şəraiti haqqında, horoskop, pəhrizlər, sağlamlıq, sevgi və digər mövzulara aid məlumat ala biləcəklər. Bu yeni portal istifadəçilərə lotereya kampaniyaları (Qazandıran SMS, Fantasy Football, Sevincli Anlar) kimi təqdim olunan bir çox xidmətlərdən tam yararlanmaq imkanı verəcək. İstifadəçilər bu portaldan bir kliklə yükləmələr də edə biləcəklər. Xəbərlər haqqında bildirişlər almaq üçün istifadəçilər portalda öz telefon nömrələrini və SMS vasitəsilə aldıqları təsdiq PİN kodunu daxil edərək portala abunə yazılmalıdırlar. Hər bir xidmət üçün abunə haqqları və şərtləri barədə ətraflı məlumat müvafiq təkliflərin qarşısında təqdim edilib. Portal haqqında daha ətraflı məlumat almaq üçün http://eylence.bakcell.com/a internet səhifəsinə daxil olmağınız xahiş olunur. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.   Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.