download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell beynəlxalq balans artırma xidmətinə start verib
    02.10.2013
    Bakcell beynəlxalq balans artırma xidmətinə start verib

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin mobil rabitə bazarında daha bir yeniliyə imza atıb. Bir müddət əvvəl istifadəyə verilən “Beynəlxalq Balansartırma Layihəsi” sayəsində Azərbaycandan kənarda olarkən asanlıqla Bakcell nömrəsinin balansını artırmaq mümkündür. İstər rouminqdə olan Bakcell abunəçilərinə, istərsə də başqa ölkələrdə işləyən və çalışan həmvətənlərimizə müxtəlif bank filialları və pos-terminallar vasitəsilə ödəniş aparmaq imkanı verən bu xidmət Azərbaycanda ilk dəfə həyata keçirilir. Layihənin əsas məqsədi azərbaycanlıların əsas səyahət istiqamətləri və icmalarının cəmləşdiyi ölkələrdə Bakcell xidmətlərini daha əlçatan etməkdir. Ilkin olaraq həmvətənlərimizin daha çox cəmləşdiyi Rusiya Federasiyasında fəaliyyətə başlayan bu xidmətdən yaxın vaxtlarda Türkiyə, Qazaxstan və Birləşmiş Ərəb Əmirliklərində də istifadə etmək mümkün olacaq. Bakcell nömrəsinin balansını Rusiya ərazisindən artırmaq üçün “InterKoopBank”a qoşulu istənilən ödəniş terminalından (Svyaznoy, Evroset, Mobilniy Element), eləcə də, bankın filliallarından və post-terminallardan yararlanmaq olar.  Xidmətdən gündəlik maksimal istifadə sayı 5, yüklənə bilən maksimum məbləğ isə 250 AZN-dir. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 299 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.