download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Bakcell”in 4G xidməti artıq Gəncədə!
    15.11.2017

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub. “Biz Gəncə şəhərində yaşayan Bakcell abunəçilərinə yüksək keyfiyyətli 4G LTE xidmətlərini təqdim etməkdən qürur hissi duyuruq. Artıq Bakı və Abşeron yarımadasının abunəçilərimizlə yanaşı, bizim Gəncədəki abunəçilərimiz də Bakcell şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli mobil internetdən yararlana biləcəklər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini ölkənin bölgələrində istifadəyə vermək vaxtıdır” deyə, Bakcell şirkətinin baş icraçi direktoru Nikolai Beckers bildirib. Bakcell şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar. Hazırda Bakcell həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. “Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 AZN-ə təklif olunan 5 GB-lıq 4G internet paketidir.   Bakcell-in 4G kommersiya təklifləri barədə daha ətraflı məlumatı https://suret.bakcell.com/en/offers/3g/smartfonlar_ucun  səhifəsindən əldə etmək olar. Bu gündən etibarən Gəncə şəhərində yaşayan Bakcell abunəçiləri şirkətin Müştəri Xidməti Mərkəzində 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə bilərlər. Bir müddət əvvəl Bakcell mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.