download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Yeni İl qabağı ikiqat bonus kampaniyasına başlayır
    27.11.2013
    Bakcell Yeni İl qabağı ikiqat bonus kampaniyasına başlayır

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti, Yeni İl qabağı öz abunəçilərini sevindirməyə davam edir. Hər il olduğu kimi, bu il də Bakcell abunəçilərinə özəl Yeni İl kampaniyasına başlayır. 27 Noyabr 2013-cü il tarixindən başlayacaq və bütün CİN istifadəçilərinə şamil olunacaq Yeni İl kampaniyası Bakcell abunəçilərinə xüsusi bonuslar təklif edəcək. Kampaniyanın başlama tarixindən etibarən 5522-yə boş SMS göndərən hər bir CİN istifadəçisi xüsusi bonus təklifi alacaq. Bonus təklifi hər bir abunəçinin aylıq sərfiyyatına uyğun olacaq və şəxsi balanslarını ikiqat artırma imkanı yaradacaq. Bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də, SMS və MMS-lərə sərf oluna biləcək.   Kampaniya bonusları qoşulmadan sonra 7 gün ərzində istifadə oluna və sonradan yenidən aktivləşdirilə bilər. İkiqat balans kampaniyasına son qoşulma tarixi 23 dekabr 2013, kampaniyanın bitmə tarixi isə, 29 dekabrdır.  Kampaniya haqqında əlavə məlumat almaq üçün 5522 qısa nömrəsinə boş mesaj göndərin və yaxud Bakcell şirkətinin www.bakcell.com rəsmi internet səhifəsinə daxil olun. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell,  ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.