download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya
    19.03.2015

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum proqramının üzvləri üçün Bahar lotereyasına start verir. Bu lotoreya sayəsində Bakcell abunəçiləri Ulduzum proqramının tərəfdaşları tərəfindən təqdim olunan endirimlərdən faydalanmaqla yanaşı, hər gün ALOV smartfonu qazanmaq şansı əldə edəcəklər. Lotereyanın əsas qalibinə Mançesterə 2 nəfərlik səyahət kuponu təqdim olunacaq. Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilərə isə lotereya bitdikdən sonra 20 dəqiqəlik şəbəkədaxili pulsuz danışıq hədiyyə olunacaq. Lotereyada iştirak etmək üçün Ulduzum tərəfdaşları olan Megafun, 189 Taksi və ya Hesab.az xidmətlərinin birindən Ulduzum kodu vasitəsilə endirim almaq yetərlidir. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 5 AZN olmalıdır. Abunəçi balansından istifadə etdiyi hər 5 AZN müqabilində 1 uduş şansı qazanmış olur. 20 AZN və daha artıq məbləğdə ödənişlər olduğu halda uduş şansları 2 dəfə artır. Qaliblərin müəyyən edilməsi qaydaları: Gün ərzində yuxarıda adı çəkilən 3 partnyorun xidmətlərindən Ulduzum kodu vasitəsi ilə istifadə edən abunəçi lotereyada iştirak şansı qazanır. Hər günün qalibi yeni daxil olan həftənin ilk iş günü ərzində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla seçilir. İstənilən günün qalibi əsas uduşun sahibi ola bilər. Əsas uduşun sahibi yalnız 1 nəfər ola bilər. Uduşda lotereyanın ilk günündən son gününədək şans toplayan bütün iştirakçılar iştirak edir. Əsas uduşun sahibi 25 may 2015-ci il tarixində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla müəyyən ediləcək. Qeyd edək ki, Ulduzum proqramının 120-dən çox partnyoru siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda Ulduzum proqramının 1 milyin nəfərə yaxın abunəçisi var. Bahar lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.