download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell mobil xidmətlər üçün on-line ödəmə sistemi tətbiq edir
    02.02.2010
    Bakcell mobil xidmətlər üçün  on-line ödəmə sistemi tətbiq edir

    Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, 2010-cu il fevralın 2-dən etibarən yeni on-line ödəmə sistemini təqdim edir. Bakcell-in Silverkey Azərbaycan (GoldenPay ödəmə sisteminin operatoru) şirkəti ilə birgə təqdim etdiyi xidmət, abunəçilərə evlərini və ya iş yerlərini tərk etmədən on-line ödəmə xidmətindən istifadə etməyə imkan verir. Bank kartları vasitəsilə ödəmə abunəçilərin rahatlığı üçün tətbiq edilib. İndi "Visa/Visa Elektron" və "Mastercard/Maestro" kredit kartlarına sahib olan hər bir Bakcell abunəçisi www.bakcell.com – şirkətin rəsmi saytında mobil xidmətlər üçün ödənişləri həyata keçirə bilərlər. Online ödəniş həyata keçirmək üçün sadəcə olaraq saytda "On-line ödəmə" funksiyasını seçmək, mobil telefonun nömrəsini, ödənilən məbləğ və kartın məlumatlarını daxil etmək kifayətdir. Bakcell abunəçiləri ölkə hüdüdlarından kənarda olduqda belə internet vasitəsilə ödəməni həyata keçirə bilərlər. Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir. Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com-a daxil olun və ya 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.