Bakcell-in “Sənə zəng etmişdim” xidməti ən böyük müştəri tələbatına malikdir və Bakcell ona yeni keyfiyyətlər əlavə edərək təkmilləşdirib. Artıq zəng çatmayan abunəçiyə şəbəkəyə geri qayıdana qədər dəfələrlə zəng etməyə ehtiyac yoxdur.
İndi Bakcell abunəçiləri “Sənə zəng etmişdim” xidmətinə əlavə olaraq yeni və pulsuz “Mən qayıtdım” xidmətindən yararlana biləcəklər. Bu xidmət bütün “Sənə zəng etmişdim” istifadəçiləri üçün aktiv olacaq və Bakcell abunəçinin şəbəkəyə geri qayıtması barədə SMS vasitəsilə məlumat verəcək.
“Sənə zəng etmişdim” və “Mən qayıtdım” xidmətlərini aktiv etmək üçün *159#555#YES yığmaq kifayətdir. Xidmətlərin aktiv edilməsi pulsuzdur. Bakcell-in hər iki xidməti zəng edən abunəçinin asan təyin edilməsinə və ona geriyə zəng edilməsinə yardım edir. Bundan əlavə, Bakcell bu xidmət vasitəsilə abunəçiyə zəng etməyə çalışan Azərbaycanın digər mobil operatorlarının abunəçilərinə də SMS vasitəsilə “Mən qayıtdım” xəbərdarlığı göndərəcək. Bakcell Azərbaycanda bu xidmətləri təqdim edən yeganə operatordur.
Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.
Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.