Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti Xəzər, Qafqaz və Azərbaycan Texniki Universitetləri ilə birlikdə Bakcell Məzunu proqramının başlandığını elan edir.
Bakcell Məzunu proqramının məqsədi mobil telekommunikasiya sahəsində gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir. Bakcell-in Baş İcraçı Direktoru xanım İneke Botter proqram barədə bunları deyib: “Biz istəyirik ki, gənclər telekommunikasiya biznesi üzrə daha çox biliyə malik olsunlar. Bakcell-də təcrübə keçməklə tələbələr bu qabaqcıl biznes sahəsi ilə yaxından tanış olacaq və bu sahədə karyera qurmaq imkanları barədə öyrənəcəklər.”
Bakcell Məzunu Proqramında iştirak etmək üçün ərizələrin qəbulu noyabrın 25-dək davam edəcək. Seçim turundan müvəffəqiyyətlə keçən tələbələr Bakcell-də minimum 3 ay müddətində təcrübə keçmək imkanı əldə edəcəklər. Təcrübə proqramı müddətində tələbələr təhsil aldıqları universitetlərin professorları və Bakcell-in müxtəlif şöbələrinin mütəxəssisləri ilə sıx işləyəcəklər. Təcrübə proqramı 2011-ci ilin yanvar ayından etibarən başlayacaq.
Qeyd edək ki, Bakcell 2 milyondan artıq aktiv abunəçisinə ən yüksək xidmət göstərmək, işçilərinin daha məlumatlı olmasını təmin etmək məqsədilə 2010 cu ilin fevralında böyük Təlim Mərkəzi açıb. Hazırda Bakcell gənclərin kadr hazırlığı üzrə bir neçə böyük layihəyə vəsait ayırır. Bakcell və Junior Achievement Azərbaycan təşkilatının texniki fakultə tələbələri üçün “Mobil Telekommunikasıya Biznesinə Giriş” təlim proqramı, Bakcell və AIESEC təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı və tələbələr üçün Bakcell Məzunu proqramı bu layihələr sırasındadır.
Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.