download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Türkiyənin 15-ci Avrasiya İqtisadi Zirvə toplantısında Bakcell şirkətinin təqdimatı keçirildi
    16.04.2012
    Türkiyənin 15-ci Avrasiya İqtisadi Zirvə toplantısında Bakcell şirkətinin təqdimatı keçirildi

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkət 11-12 Aprel tarixlərində Türkiyənin  İstanbul və İzmir şəhərlərində keçirilmiş 15-ci Avrasiya İqtisadi Zirvə toplantısının sponsorlarından biri idi. Avrasiya İqtisadi Zirvə toplantısı Türkiyənin Mərmərə Fondu tərəfindən təşkil edilir və Türkiyənin qeyri-hökumət sektorunda keçirilən ən nüfuzlu və iri tədbirlərdən biridir. Hər il bu konfrans siyasət və sənayə rəhbərləri daxil olmaqla 500 nəfərdən artıq iştirakçı cəlb edir.  15-ci Zirvə Toplantısı zamanı energetika, iqtisadiyyat, ekologiya və qadın problemləri kimi mövzular müzakirə edilmişdir. 11 Aprel tarixində CRA Qrupunun Telekommunikasiyalar üzrə Vitse-Prezidenti və Bakcell-in Direktor Şurasının Müşaviri cənab Cüneyt Türktan zirvə toplantısı çərçivəsində Telekommunikasiya mövzusunda keçirilmiş dəyirmi masada təqdimat keçirmişdir.  Dəyirmi masa Avrasiya İqtisadi Forumu çərçivəsində ilk dəfə olarag keçirilib və Bakcell şirkəti burada təqdimatla çıxış edən yeganə şirkət olub. Dəyirmi masada mobil texnologiyaları sahəsində tədqiqat və inkişaf daxil olmaqla kommunikasiya sektorunun əsas mövzuları müzakirə edilmişdir. Cənab Türktan həmçinin Aprelin 12-də İzmir şəhərində keçirilmiş “3 Qitə 1 Dəniz – İzmir” adlı görüşdə iştirak etmişdir. Bakcell şirkəti Zirvə toplantısında iştirak edən yeganə Azərbaycan şirkəti olmuşdur. Bakcell şirkətinin Baş İcraçı Direktoru cənab Riçar Şirerin sözlərinə görə “Ötən il ərzində Bakcell şirkəti öz maliyyələşdirmə mənbələrinin sayını artırmışdır, və hal-hazırda həmin mənbələrə beynəlxalq banklar və istiqraz sahibləri də daxildir. Bakcell şirkəti Azərbaycanın İKT sektorunun inkişaf etdirilməsinə dair hökumət tərəfindən qoyulmuş vəzifələrin yerinə yetirilməsi və Azərbaycanda Mobil İnternetin inkişaf etdirilməsi sahəsində mühüm rol oynayır, və Azərbaycanın müasir internet istifadəçilərini ən üstün şəbəkə və müştəri təcrübəsi ilə təmin etmək üçün əlindən gələni edir. Bazarın inkişafı və müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədi ilə yeni texnologiyaların və proqram həllərinin Azərbaycana gətirilməsi üçün Bakcell şirkəti mütəmadi olaraq beynəlxalq şirkətlər və agentliklərlə əməkdaşlıq edir.” Tədbirdə bir neçə ölkənin prezidentləri və keçmiş prezidentləri, baş nazirləri və Nəqliyyat naziri Binəli Yıldırım, İnkişaf naziri Cəvdət Yılmaz, Avropa Birliyi naziri və Baş müzakirəçi Əgəmən Bağış, Mədəniyyət və Turizm naziri Ertoğrul Günay, Ailə və Sosial Siyasətlər naziri Fatma Şahin və Təbii Resurslar və Enerji naziri Tanər Yıldız daxil olmaqla Türkiyə Respublikasının nazirləri iştirak etmişdir. Azərbaycan hökuməti tərəfindən 15-ci Avrasiya İqtisadi Zirvə toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Təhsil Naziri Misir Mərdanov və Sənaye və Energetika Naziri Natiq Əliyev iştirak etmişdir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555 nömrəsinə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.