Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti məmnunluqla bildirir ki, 2011-ci il şirkət üçün sürətli artım ili olub. Son illər ərzində şəbəkəyə qoyulan böyük sərmayə nəticəsində bu gün Bakcell ucqar rayonlar daxil olmaqla ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Şəbəkənin gücü külli miqdarda zənglərin fasiləsiz olaraq idarə olunmasını təmin edir. Yeni il ərəfəsində Bakcell abunəçiləri 24 milyon zəng edib və 26 milyon SMS göndəriblər. Bu, normal pik saatları ilə müqayisədə səsli zənglərdə 120%, SMS-lərdə isə 90% artım deməkdir. Ötən illə müqayisədə Yeni il ərəfəsində Bakcell şəbəkəsinin rouminq xidmətindən istifadə edən abunəçilərin sayı da 40% artıb. Yeni ilin pik saatlarında Bakcell-in 3G xidmətindən istifadə edən abunəçilərin sayı 152.000 nəfərə çatıb.
“Biz Bakcell abunəçilərinə dünya standartlarına uyğun xidmət göstərmək üçün yeni və müasir şəbəkənin qurulmasına nail olduq. Bakcell-in məqsədi keyfiyyətli xidməti davam etdirmək, müştərilərə olan qayğını artırmaq və ən son mobil xidmətlər təklif etməkdir”, deyə şirkətin Baş icraçı direktoru Riçard Şirer bildirir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.