download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell internet paketlərini yarı qiymətə təklif edir
    19.08.2015

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinin yüksək sürətli mobil internetdən daha sərfəli qiymətlərlə faydalanmağı üçün yeni endirim kampaniyasına start verib. 14 avqust 2015-ci il tarixindən etibarən Bakcell abunəçiləri internet paketi aldıqda, kampaniya çərçivəsində ikinci eyni həcmli internet paketini yarı qiymətə əldə edə bilirlər. 40, 120, 360 və ya 600 MB həcmində istənilən internet paketini əldə etdikdən sonra, abunəçiyə ikinci internet paketin yarı qiymətə əldə edilməsi imkanı barədə məlumat SMS vasitəsilə göndərilir. İkinci internet paketini yarı qiymətə almaq üçün abunəçilərə hər dəfə 24 saat vaxt təqdim olunur. Onu da qeyd edək ki, 4G abunəçilərinin sayına görə Azərbaycanda lider mövqeyə sahib olan Bakcell şirkəti eyni zamanda Azərbaycanda abunəçilərinə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur. Bakcell abunəçiləri ölkə xaricində olarkən 20-dən çox rouminq tərəfdaşından hər hansı birinin şəbəkəsinə qoşularaq 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən sərfəli qiymətlərlə faydalana bilərlər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalır. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. 5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.