download bakcell application logo

Backcell
Backcell
Bakcell Klass abunəçilərinə beynəlxalq zənglər üçün yeni güzəştli tarif təqdim edir
05.11.2010

Azərbaycanın ilk mobil operatoru Bakcell öz Klass abunəçilərinə beynəlxalq zənglər üçün xüsusi güzəştli tarif paketi təqdim edir. Güşəştli tarif kampaniyası 3 ay müddətində, 2011-ci ilin yanvar ayının sonuna qədər davam edəcək. Bu tarif paketi vasitəsilə Bakcell Кlass abunəçiləri öz ailə üzvləri, dostları, iş yoldaşları və xarici əməkdaşları ilə çox sərfəli qiymətlə – 50% güzəştlə danışa bilərlər. Klass İnternational Tarif paketi üzrə beynəlxalq nömrələrə zəngin 1 dəqiqəsi MDB və Baltik ölkələrinə 23 qəpik, Türkiyə və İrana 27 qəpik, və Avropa, Amerika və digər ölkələrə 32 qəpikdir. Bakcell-in Klass İnternational Tarif paketi və digər xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün xahiş edirik, www.bakcell.com   internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.