Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti daha 2 yeni tarif vasitəsilə özünün Klass tarifi portfoliosunu genişləndirdiyini məmnuniyyətlə bildirir. Yeni Klass 5* və ya Klass 5*+ tarifləri daha çox danışıq dəqiqələri, SMS, İnternet, üstəlik beynəlxalq zəng və rouminq üçün əlavə fürsətlərdən faydalanmaq istəyən abunəçilər üçün yaradılıb.
Klass 5* tarifi üçün cəmi 45 AZN aylıq xidmət haqqı ödəməklə ölkədaxili zənglər üçün 1500 dəqiqə, 1500 SMS, 1500 MB İnternet trafiki, beynəlxalq zənglər üçün 50 dəqiqə və rouminq zəngləri üçün 50 dəqiqə əldə etmək mümkündür.
Yeni Klass 5*+ tarifi Bakcell abunəçilərinə daha geniş imkanlar təqdim edir. 95 AZN aylıq xidmət haqqı ödəməklə abunəçilərimiz ölkədaxili zənglər üçün 3500 dəqiqə, 3500 SMS, 3500 MB İnternet trafik, beynəlxalq zənglər üçün 100 dəqiqə və rouminq zəngləri üçün 100 dəqiqə əldə edir.
Tarifə qoşulma çox sadə və pulsuzdur. Klass 5* və ya Klass 5*+ tariflərinə qoşulmaq üçün müvafiq olaraq *245#YES və ya *295#YES yığmaq lazımdır.
Daha ətraflı məlumatı buradan əldə etmək olar - http://www.bakcell.com/az/klass-2
Klass tarifi öz büdcəsinə nəzarət edən və fəal ictimai və peşəkar həyat tərzinə malik insanlar üçün nəzərdə tutulub. Klass öz dost və həmkarlarına daha yaxın olmaq, sərfəli rouminq qiymətlərindən yararlanaraq səyahət etmək və tarifin digər geniş imkanlarından istifadə edərək daima irəlidə olmaq üçün inanılmaz fürsətlər yaradır.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.