download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell abunəçilərinə iki növ 3G tarifi təklif edir
    25.11.2011

    Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti məmnunluq hissi ilə elan edir ki, cəlbedici təkliflər və qiymətlərlə 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsindən sonra Bakcell-in 3G istifadəçilərinin sayı sürətlə artır. Bakcell-in 3G xidmətinin məqsədi şirkətin abunəçiləri üçün yeni imkanlar yaratmaqdır. CİN, Klass və Gold abunəçiləri daxil olmaqla bütün Bakcell istifadəçiləri 3G texnologiyasının üstünlüklərindən faydalana bilərlər. Abunəçilərinə ən yaxşı qiymət və keyfiyyət təqdim etmək məqsədi daşıyan tarif siyasətinə sadiq qalan Bakcell ən faydalı qiymətlərlə yüksək keyfiyyətli 3G xidmətlərini onların ixtiyarına verir. “Biz öz abunəçilərimizə 2 növ 3G tarifi təqdim edirik: smartfon və 3G telefonları üçün “sür@” adlanan mobil internet paketi və kompüter və digər cihazlar vasitəsilə geniş zolaqlı mobil internetdən istifadə edənlər üçün limitsiz internet paketi”, deyə Bakcell-in Baş İcraçı Direktoru Riçard Şirer bildirir.  “Çox yüksək sürətli “sür@” xidməti vastiəsilə internetdə axtardığınız hər şey sizdən yalnız bir “düymə” məsafəsində olacaq. Bakcell-in eksklüziv dükanlarında abunəçilər mobil telefonların, kompüterlərin, data kartların, Mi-Fi modemlərinin və cihazlarının, planşetlərin ən geniş çeşidlərini tapa və təcrübədən keçirə, eyni zamanda düzgün seçim etmək üçün mütəxəssislərlə məsləhətləşə və yüksək səviyyəli xidmətdən yararlana bilərlər. Çox yüksək sürətli “sür@”mobil interneti vasitəsilə dünya sizə daha yaxın olacaq”, deyə Bakcell-in Baş Kommersiya Direktou Krasimir Genov bildirir. Əgər siz Bakcell abunəçisisinizsə, SMS vasitəsilə “3G” yazıb {{ buttons "3535" }} nömrəsinə göndərin və Azərbaycanın ən güclü 3G şəbəkəsindən faydalanın! Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə “Bakcell”-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.