Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti Qazax şəhərində, H.Əliyev prospektində yeni BakcellIM Satış və müştəri xidmətləri Mərkəzi açıb. Açılış mərasimində Bakcell şirkətinin nümayəndələri, Qazax şəhər icra hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri, Qazax bələdiyyəsinin sədri, eləcə də Qazax, Ağstafa və Tovuz rayonlarının diler heyəti iştirak etmişlər. Digər mərkəzlər kimi bu BakcellIM-də Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək.
Bu, şirkətin son 12 ay ərzində regionlarda açdığı sayсa səkkizinci BakcellIM mərkəzidir. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Sabirabad, Şirvan, Cəlilabad, Şəki, Quba, Xaçmaz və Mingəçevirdə Bakcell-in Müştəri Xidmətləri və Satış mərkəzləri fəaliyyət göstərir. 2010-cu ilin sonuna kimi Bakcell ümumilikdə 17 BakcellIM mərkəzini açmağı planlaşdırır. Onlardan 12-si ölkənin bölgələrində, 5-i isə Bakıda yerləşəсək.
Son 1 il ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.
Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.