download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Yeni Xidmət Mərkəzini Açdı
    27.09.2010

      Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti Bakının mərkəzində yeni Хidmət Mərkəzi açıb. Yeni Xidmət Mərkəzi Nizami küçəsi 83 ünvanında yerləşir. Mərkəzin açılış mərasimində iştirak edən Bakcell-in Baş İcraçı Direktoru xanım İneke Botterin sözlərinə görə, digər mərkəzlər kimi bu Xidmət Mərkəzi də öz müştərilərinə tam çeşiddə xidmət göstərəcək. Bu, şirkətin Bakıda açdığı sayca 4 - cü Xidmət Mərkəzidir. Hazırda Bakcell-in ölkə üzrə 7 Xidmət Mərkəzi fəaliyyət göstərir. Bunlardan 4 – ü Bakıda, 3 – ü isə Sumqayıt, Gəncə və Naxçıvanda yerləşir.  Bakcell öz müştərilərinə BakcellİM Müştəri və Satış Xidməti Mərkəzləri vasitəsilə də xidmət göstərir. Azərbaycanda hal-hazırda 16 BakcellİM Mərkəzi var. Son 1 il ərzində Bakcell öz şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Hazırda Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyonu ötüb. Bakcell-in məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.