Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, Bakı şəhəri, Azadlıq prospekti, 87 ünvanında yeni BakcellIM - Satış və xidmət nöqtəsi açıb. Mərkəzi Bakcell-in baş direktoru İneke Botter açıb.
Mərkəzin açılışı mərasimində çıxış edən Bakcell-in baş direktoru İneke Botter bunları söyləyib: “Bakcell-in əsas hədəflərindən biri bizim sürətlə artmaqda olan müştərilərimizə xidmət etməkdir. Biz böyük məmnuniyyətlə, Bakının ən əlverişli hissəsində yeni BakcellİM mərkəzini açırıq. Bu mərkəz müştərilərimizə dəyərli dəstək və xidmət göstərəcək. Biz fəxrlə bildiririk ki, Bakıda artıq Bakcell-in 6 Müştəri xidmətləri və Satış mərkəzi fəaliyyət göstərir. Ən əsası isə, bu il Bakcell bütün ölkə boyunca yeni Müştəri xidmətləri və Satış mərkəzləri açmaqda davam edəcək və onların ümumi sayını 20-yə qədər artıracaq”.
Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.
Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.