download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Naxçıvanda yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazası açdı
    18.12.2014
    Bakcell Naxçıvanda yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazası açdı

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda  satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir. Ötən gün Naxçıvan Muxtar Respublikasında  "Bakcell"in yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazasının  açılışı olub.  Açılış mərasimində Naxçıvan MR Rabitə və  Yeni Texnologiyarlar nazirinin müavini  Əli Mikayılov da iştirak edib. "Bakcell"i təbrik edən Ə.Mikayılov Şirkətin Naxçıvan ərazisində fəaliyyətini genişləndirməsindən məmnun olduğunu dedi.  "Bizim Azərbaycanın  müxtəlif regionlarında xidmət və məhsullarımızı abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə regional inkişaf strategiyamız var. Bu regionların içərisində  Naxçıvan xüsusi yer tutur. Xüsusən son altı ay ərzində biz burada fəaliyyətimizi genişləndirmək üçün bir çox işlər görmüşük.  Bu işlərin ilkin nəticələri artıq ortadadır: bugün Naxçıvan şəhərində həm yeni xidmət mərkəzinin, həm də diler mağazasının açılışını edirik. Bundan əlavə, Muxtar Respublikanın ərazisində ilk dəfə olaraq səyyar satış avtomobili fəaliyyətə başlayır. Biz bu regionun inkişaf etdiyini görürük və "Bakcell" şirkəti də bu inkişafın bir hissəsi olmaqdan məmnundur. Mən bizə göstərilən xüsusi diqqətə görə Naxçıvandakı bütün əlaqədar təşkilatlara təşəkkürümü bildirirəm ", deyə "Bakcell"in baş satış direktoru Fedja Hadzic bildirib.  Bakcellİm Satış və Müştəri xidmətləri Mərkəzi Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında abunəçilərinə tam çeşiddə xidmətlər təqdim edir. Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşən diler mağazasının açılışında qonaqlara müxtəlif hədiyyələr təqdim olunub. Açılış mərasimi zamanı qonaqlara həmçinin Naxçıvanda ilk dəfə olaraq Bakcell səyyar satış və xidmət nöqtəsi təqdim olunub. Mərkəz xüsusi avtomobil üzərində qurulub və Muxtar Respublikanın bütün ərazisində Bakcell abunəçilərinə xidmət göstərəcək. Buradan  pulsuz DoğmaCIN tarifli nömrələr əldə edən abunəçilərə kampaniya çərçivəsində 6 ay ərzində hər ay 30 dəqiqə bonus təqdim olunur. Qeyd edək ki, DoğmaCIN tarifindən faydalanan abunəçilər şəbəkədaxili bir dəqiqə üçün cəmi 2 qəpik, şəbəkəxarici bir dəqiqə üçün isə 4 qəpik ödəyirlər. Bundan başqa, Naxçıvan üçün nəzərdə tutulan kampaniyanın şərtlərinə uyğun olaraq, cəmi 18 AZN ödəməklə 3 aylıq Sür@ İnternet paketi və  Sür@ data kartı pulsuz əldə etmək olar. Bakcell “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq öz məhsul və xidmətlərini abunəçilərinə daha yaxın və əlçatan etmək məqsədilə daim satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edəcək.  *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.