download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Şəkidə yeni Bakcell Satış və Xidmət Mərkəzi açıldı
    02.05.2014
    Şəkidə yeni Bakcell Satış və Xidmət Mərkəzi  açıldı

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərini ən yaxşı xidmətlə təmin etmək üçün  paytaxtı və ölkənin bütün regionlarını əhatə edən müştəri xidmətləri və satış mərkəzlərinin sayını artırır. Şirkət Şəki şəhərində yeni  satış və xidmət mərkəzinin açılışını elan edir.  Heydər Əliyev prospekti 90 ünvanında yeləşən mağaza şənbə və bazar günləri daxil olmaqla hər gün Bakcell abunəçilərinin xidmətində olacaq və onlara tam çeşiddə xidmətlər təqdim edəcək.  Satış və xidmət mərkəzi ən son texnologiyalarla və müasir avadanlıqlarla təchiz olunub. “Məqsədimiz bütün regionlarda Bakcell abunəçilərinə ən yüksək səviyyədə  xidmət göstərmək və bu xidmətləri təqdim edən  mərkəzləri abunəçilərimiz üçün daha yaxın və əlçatan etməkdir. Bu məqsədlə biz ölkənin bütün regionlarında satış və xidmət şəbəkəsini genişləndiririk ”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib. Bakcell Satış və Xidmət Mərkəzi Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə məhsul və xidmətlərlə yanaşı ən son model telefonlar, planşetlər və aksesuarların satışını abunəçilərə təqdim edir. 300- dən artıq pərakəndə satış nöqtəsi, o cümlədən paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.