download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell öz əməkdaşları üçün Təlim mərkəzi açdı
    05.02.2010

    Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq və əməkdaşlarına dəyər verərək, Bakıda yeni Təlim mərkəzi açıb. Mərkəzi Bakcell-in Baş direktoru xanım İneke Botter açıb. Açılış mərasimində çıxış edən xanım İneke Botter bunları söyləyib: “Bakcell-in yeni Təlim mərkəzi 7 təlim otağından ibarətdir. Bu təlim mərkəzində eyni zamanda 120 Bakcell əməkdaşı təlim keçə biləcək. Bu il Bakcell yüzlərlə əməkdaşına texniki və ümumi sahələr üzrə təlimlər təşkil edəcək. Bakcell öz əməkdaşlarına yatırım etməklə, onların gələcək karyeralarına yatırım etmiş olur”. Mərkəz Heydər Əliyev prospekti 95-də, Beynəlxalq Ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşir. Bakcell və GRBS, Coaching and Consulting və Allianz Group şirkətləri arasında mövcud olan ara sazişə uyğun olaraq, bu şirkətlərin peşəkarları Bakcell əməkdaşlarına təlimlər keçəcəklər. Təlim mərkəzinin açılışında əsas məqsəd – Bakcell əməkdaşlarının gələcək karyeralarını, həmçinin bilik və bacarıqlarını inkişaf etdirməkdir.  Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.