download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Bakıda yeni Müştəri Xidmətləri mərkəzi açdı
    24.02.2010
    Bakcell Bakıda yeni Müştəri Xidmətləri mərkəzi açdı

    Bakcell müştərilərinə Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, Bakı şəhəri, Hüseyn Cavid prospekti, məhəllə 520/19-da yeni Müştəri Xidmətləri mərkəzi açıb. Bu, Bakcell-in son dövr ərzində Bakıda açdığı 3-cü Müştəri Xidmətləri mərkəzidir. Bundan başqa Bakcell-in Nizami küçəsi, Əhmədli, 20 Yanvar və Neftçilər metrostansiyaları yaxınlığında Müştəri Xidmətləri mərkəzləri fəaliyyət göstərir. 2009-cu ildə Bakcell ölkənin 2-ci sənaye şəhəri sayılan Sumqayıtda yeni Müştəri Xidmətləri mərkəzini istifadəyə verib. Ötən aylar ərzində isə Bakcell ölkənin regionlarında, o cümlədən Sabirabad, Şirvan, Cəlilabad, Şəki və Mingəçevirdə yeni Müştəri Xidmətləri mərkəzi açdı. Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.