Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı İnternet Provayderi Bakcell, dekabrın 1-də jurnalistlər üçün Mobil Nömrə Daşınması (MND) prosesinə həsr olunmuş təlim təşkil edib. Təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 30-a yaxın jurnalist və bloqçu iştirak edib.
Bu təlim, şirkətin telekommunikasiya sahəsindən yazan jurnalistlər və ümumiyyətlə, mobil rabitə abunəçiləri arasında MND ilə bağlı məlumatlılığın artırılması kampaniyasının komponentlərindən biri idi.
Bakcell nümayəndələri MND və onun tarixçəsi, bu prosesin abunəçilər və mobil operatorlar üçün faydası, digər ölkələrin təcrübəsi, MND-nin tətəbiqindən sonra abunəçilərin Bakcell-ə qoşulmasını şərtləndirən amillər, MND-yə qoşulma prosedurları və s. haqda təqdimatlarla çıxış ediblər.
“Azərbaycanda yaxın vaxtlarda tətbiqi gözlənilən MND ölkənin telekommunikasiya bazarı üçün çox vacib addımdır. Bizim müşahidələrimiz göstərir ki, həm media, həm də abunəçilər bu proseslə bağlı daha geniş məlumatlılığa ehtiyac duyur. Bu baxımdan, biz nömrə daşınması ilə bağlı ilk maarifləndirici tədbiri təşkil etməkdən çox məmnunuq və bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırırıq. Əvvəllər də qeyd etdiyimiz kimi, Bakcell-in şəbəkəsi nömrə daşınması prosesinin tətbiqinə tam hazırdır. Biz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin MND-yə start verildiyini elan etməsini gözləyirik”, deyə Bakcell-in Baş icraçi direktoru Riçard Şirer bildirib.
Mobil Nömrə Daşınması, telefon nömrəni dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanını əldə edəcəklər.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news ) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.