download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell ilk “Həftə mükafatını” təqdim etdi
    31.05.2010

    Bakcell ilk “Həftə mükafatını” – 3000 manatı “46 günə Mersedes-Bens qazan” SMS viktorinasının qalibi 24 yaşlı Əjdər Cəfərova təqdim etdi. - Əjdər müəllim, “46 günə Mersedes-Bens qazan” SMS viktorinasının qalibi olduğunuzu biləndə Sizin ilk reaksiyanız nə oldu? - İştirakımın birinci günü mən ikinci yer tutdum və mobil telefon qazandım. Əlbəttə, mən buna çox sevindim. İştirakımın ikinci günü mən birinci yer tutdum və mənə zəng edib məlumat verdilər ki, mən noutbook qazanmışam. Mən yaxşı mənada təəccübləndim, lakin buna bir qədər ehtiyyatla yanaşmağa başladım. Dalbadal iki günə iki mükafat çox yaxşıdır, lakin buna inanmaq çətin idi. Zənglərin Bakcell-dən edildiyini görsəm də, bütün bunların dostlarımın zarafatı olduğuna şübhələnirdim. Lakin mənə bir daha zəng edib həftənin mükafatını – 3000 manatı qazandığımı deyəndə, hətta yaxınlarım belə bunun həqiqətən də kiminsə zarafatı olduğuna məni inandırmağa başladılar . - Bəs bizim həmkarlarımız Sizin həqiqətən də hər üç mükafatın qalibi olduğunuza Sizi necə inandırdılar? -Bu vaxt mən şəxsi işlərimlə əlaqədar rayona səfərə getmişdim və Bakcell-in Məlumat Mərkəzinə zəng etdim. Orada təsdiq etdilər ki, mən viktorinanın qalibiyəm, amma yenə də tam inanmadım. Ona görə dostlarımdan birindən xahiş etdim ki, bunu Bakıda yoxlasın. O, Mütəri Xidmətləri Mərkəzinə yaxınlaşdı, mənim nömrəmi və adımı söylədi və ona təsdiq etdilər ki, mən qalibəm. Beləliklə, mən bu gün, yeni telefonum, noutbukum və 3000 manatımla buradayam (gülümsəyir). İndi təbrik SMS-ləri alıram, bəzilərisə zəng edirlər ki, bunun həqiqət olduğuna və mükafatların heç bir əlavə şərt olmadan verilməsinə əmin olsunlar. - Viktorinada iştirakı davam etməyi planlaşdırısınızmı? - Planlaşdırıram və təkcə mən yox. İndi bu viktorinaya bütün mənim dostlarım və bir çox qohumlarım qoşulub – Mersedes uğrunda yarışma gedir. - Siz birdən üç mükafat qazandınız, onlarla nə etməyi planlaşdırırsınız?  - Bəzi suallara cavab verməyə mənə əmim kömək edirdi, ona görə noutbuk indi onundur (gülümsəyir). Telefon yəqin ki, bacıma çatacaq, pulları isə yayda xaricdə istirahətə xərcləyəcəyəm. - Yola çıxarkən Bakcell rouminqindən istifadə etməyi unutmayın! - Mütləq. Səfərə getməmişdən əvvəl tarifləri müqayisə edib mənim üçün ən uyğun gələnini seçəcəyəm. Bir daha qeyd edək ki, viktorinanın şərtləri və qaliblərin tam siyahısı ilə daha ətraflı SMS viktorinanın saytına daxil olaraq tanış ola bilərsiniz.