Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti böyük məmnuniyyətlə yeni və sərfəli kampaniyanı elan edir.
Ölkənin paytaxt və xüsusilə də bölgələrində yüksək keyfiyyətli mobil internet istifadəçilərinin sayını artırmaq məqsədilə, Bakcell şirkəti özünün brend tərtibatlı smartfonlarını təklif edən eksklyuziv kampaniyasına start verib.
Özünün Sür@ brendi altında Ən Sürətli Mobil İnternet xidmətlərinin provayderi olan Bakcell şirkəti – Bakcell brendli smartfonlarını təqdim edir. Ən son Android 4.2 Əməliyyat Sistemi və böyük ekranla təchiz edilmiş Bakcell brendli smartfonlar, Bakcell abunəçilərinə öz köhnə mobil cihazlarını olduqca sərfəli qiymətə yeni smartfonlara dəyişmək imkanını yaradır.
Azərbaycanın mobil internet istifadəçilərinə yüksək keyfiyyətli smartfonları sadəcə 99 manata təklif edən Bakcell, abunəçilərin mobil internet istifadəsini məhdudlaşdıran əsas əngəli aradan qaldıraraq, Mobil İnternetin bütün üstünlüklərindən və Sür@-dən bütün bonusları ilə birgə tam həcmdə yararlanmaq imkanını təklif edir.
14 Oktyabr 2013-cü il tarixindən etibarən, Bakcell brendli smartfonunu əldə etmiş hər bir Bakcell abunəçisi ayda sadəcə 10 AZN ödəyərək 250 dəqiqə/MB/SMS-dən ibarət olan xüsusi kampaniya paketindən yararlanacaqdır. Bonusları almaqda davam etmək üçün balansa hər ay ən azı 10 AZN yükləmək lazımdır.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Sayı 1000-dən artıq olan 3G stansiyaları sayəsində, Bakcell-in 3G xidməti ölkənin bütün bölgələrində təklif olunun, əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 299 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçiləri ən üstün müştəri təcrübəsi ilə təmin etməkdədir.
Uzun müddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində, Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklyuziv kontenti təqdim etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.