download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell yeni ödəmə kartlarını təqdim edir
    15.03.2013

    Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə yeni ödəmə kartları təqdim edir. Yeni ödəmə kartları 2013-cü ilin mart ayından etibarən təqdim olunacaq və abunəçilər bu kartaları Bakcell-in istənilən satış məntəqəsində əldə edə biləcəklər.. Yeni kartlar vasitəsilə istənilən Bakcell abunəçisi (CİN, KLASS, GOLD) balansını asanlıqla artıra biləcək. Yeni kartlar 1, 2, 5, 10, 20 və 50 AZN nominallarında təqdim olacaq. Abunəçilər eyni zamanda dövriyyədə olan köhnə balansartırma kartlarından da faydalana biləcəklər. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.