download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Yeni Klass tarif portfelini təqdim edir
    15.03.2013

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “ayda bir dəfə ödə və rahat ünsiyyət üçün hər şey əldə et” məhsul fəlsəfəsi ilə özünün Klass subbrendi çərçivəsində yeni tariflər portfelini təqdim edir.  Yeni portfel aylıq danışıq, mesajlaşma və mobil internet ehtiyaclarından asılı olaraq müxtəlif qrup abunəçilər üçün nəzərdə tutulmuş 3 tarif planından ibarətdir: Klass L, Klass XL, və Klass XXL. Klass L tarif paketinin istifadəçiləri ayda sadəcə 5 AZN ödəyib 100 ölkədaxili dəqiqə, 100 ölkədaxili SMS və 100 MB internet trafikindən faydalanacaqlar. Klass XL abunəçiləri ayda cəmi 10 AZN ödəyib 250 ölkədaxili dəqiqə, 250 ölkədaxili SMS və 250 MB internet trafiki əldə edəcəklər. Klass XXL abunəçiləri isə ayda cəmi 25 AZN ödəyib 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki əldə edəcəklər.  “Biz Yeni Klass tariflərini mobil rabitənin bütün imkanlarından istifadə edib daim ünsiyyətdə qalan, rahatlıq və keyfiyyəti sevən insanlar üçün yaratmışıq. Yeni Klass ilə siz dəqiqə və ya bir meqabaytın qiyməti və yaxud nömrənizin balansı barədə artıq düşünməyəcəksiniz. Sadəcə, ehtiyaclarınıza uyğun olan Yeni Klass tarifini seçin və telefonunuzun bütün imkanlarından yararlanın – danışın, SMS yazın və İnternetdən istifadə edin”,- deyə Bakcell şirkətinin baş marketinq direktoru Aynur Abjanova bildirib. Əgər Siz hələ də Bakcell abunəçisi deyilsinizsə, sadəcə Bakcell-in istənilən diler mağazasına gəlin, Yeni Klass nömrəsini əldə edin və tələblərinizi tam olaraq qarşılayan tarifə qoşulun. Əgər Siz CİN abunəçisisinizsə, sadə bir USSD kodunu yığıb Yeni Klass tariflərinin birinə qoşula bilərsiniz: Klass L üçün {{buttons "*205#C"}}, Klass XL üçün {{buttons "*215#C"}}, Klass XXL üçün {{buttons "*230#C"}}. Əgər Siz Klass abunəçisisinizsə, yeni tarifə keçmək üçün sadəcə yaxınlıqdakı Bakcell Xidmət Mərkəzinə gəlin və yeni SİM kartı pulsuz əldə edin. Yeni Klass tarifinə keçmək istəməyən Klass abunəçiləri cari tarifdən istifadə etməkdə davam edə bilərlər. Yeni Klass 13 mart 2013-cü il tarixindən etibarən təklif olunur. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.