download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell bayram günlərində müştərilərini keyfiyyətli xidmətlə təmin edib.
    22.01.2010
    Bakcell bayram günlərində müştərilərini keyfiyyətli xidmətlə təmin edib.

    Bakcell müştərilərinə yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, fəxrlə bəyan edir ki, bayram günlərində, xüsusilə 31 dekabr- Dünya Azərbaycanlılarının həmrəyliyi və 1 yanvar - Yeni il günlərində müştərilərini keyfiyyətli və etibarlı xidmətlə təmin edibdir. Bakcell komandası həmin bayram günlərində müştəriləri ailələri və yaxınları ilə əlaqə saxlamaq üçün keyfiyyətli rabitə ilə təmin ediblər. 2009-cu il dekabrın 31-də və 2010-cu il yanvarın 1-də, Bakcell müştəriləri tərəfindən edilən telefon zənglərinin sayı, orta hesabla 64% artıb. Həmin 2 gün ərzində Bakcell müştəriləri, ümumilikdə 20 milyon dəqiqəlik zənglər ediblər. Bu da ötən ildəkindən 36% çoxdur. 2009-cu il dekabrın 31-də və 2010-cu il yanvarın 1-də Bakcell müştəriləri tərəfindən 16 milyon SMS göndərilib ki, bu da orta hesabla qeyri-bayram günləri ilə müqayisədə 80%, və ötən ilin həmin 2 günü ilə müqayisədə 84% çoxdur. 2009-cu il dekabrın 31-də və 2010-cu il yanvarın 1-də Bakcell müştəriləri tərəfindən 19 milyon SMS qəbul edilib ki, bu da orta hesabla qeyri-bayram günləri ilə müqayisədə 43%, və ötən ilin həmin 2 günü ilə müqayisədə 90% çoxdur. Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir. Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com-a daxil olun və ya 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.