download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell ucqar ərazilərdə keyfiyyətli rabitə xidməti göstərir
    21.12.2011
    Bakcell ucqar ərazilərdə keyfiyyətli rabitə xidməti göstərir

    Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti respublikanın ucqar ərazilərində yaşayan əhalini yüksək keyfiyyətli rabitə xidməti ilə təmin edir. Şirkət xüsusilə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yaşayan abunəçilərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində fəaliyyətini davam etdirir. Bir müddət əvvəl Agcabədi rayonunun Qaraxanlı, İmanqulubəyli, Əlibəyli və Boyat kəndlərinin bir qrup sakini Bakcell şirkətinə məktubla müraciət edərək, ətraf kəndlərdə yaşayan əhalinin Bakcell-in xidmətlərindən istifadə etməkdə çətinlik çəkdiyini bildiriblər. Qeyd edilən kənd və qəsəbələrin ucqar ərazilərdə  yerləşməsinə baxmayaraq, müştəri məmnuniyyətinə xüsusi önəm verən və vətəndaşların ehtiyaclarına diqqətlə yanaşan Bakcell şirkəti əhalinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən istifadə edə bilməsi üçün bütün səylərini birləşdirib. Məktuba cavab olaraq, qısa müddət ərzində ərazidə yeni stansiyalar quraşdırılıb. Nəticədə artıq həmin kəndlərdə yaşayan əhali yüksək keyfiyyətli rabitə xidməti ilə təmin olunub və indi əhali Bakcell şirkətinin xidmətlərdən yüksək səviyyədə istifadə edə bilirlər. Bu münasibətlə Bakcell şirkəti Ağcabədi rayonunun Üç Oğlan kəndində və Ağdam rayonunun Quzanlı qəsəbəsində iki günlük aksiya keçirib. Burada yerli əhaliyə Bakcell şirkəti tərəfindən hədiyyələr təqdim olunub, eyni zamanda Bakcell nömrələrinin satışı təşkil edilib. “Cəbhə bölgəsində yaşadığımız üçün bizim keyfiyyətli mobil rabitəyə daha çox ehtiyacımız var. Biz yerli əhali ilə məsləhətləşdik və belə qərara gəldik ki, ən sərfəli mobil rabitə xidmətini Bakcell  təklif edir. Bizim müraciətimizə bu cür tez reaksiya verdiyinə görə Bakcell şirkətinə minnətdarlığımızı bildiririk” - deyə Quzanli bələdiyyəsinin nümayəndəsi Rəhman Qasımov bildirib. “Bakcell şirkəti ucqar bölgələrdə yaşayan bütün vətəndaşlarımızı yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin etməyə hazırdır. Biz daim bütün ölkə ərazisində şəbəkəmizin keyfiyyətini və mövcudluğunu nəzarət altında saxlayırıq. Son iki il ərzində Bakcell şirkəti 500–dən artıq yeni baza stansiyası quraşdırıb, bu da öz növbəsində şəbəkəmizin əhatə dairəsini əhəmiyyətli dərəcədə təkmilləşdirib. Biz həmçinin istifadədə olan stansiyalarımızın effektivliliyini və ümumi şəbəkə infrastrukturun keyfiyyətini artırmaqdayıq. Bütün şəbəkələrdə aparılan müstəqil keyfiyyət sınaqlarının nəticələrinə əsasən, Bakcell şirkəti ölkə üzrə ilk sıradadır” - deyə Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirer bildirib. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.