download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Baksell Brend Dəyişikliyi Edərək Rəqabəti Canlandirir
    12.05.2009
    Baksell Brend Dəyişikliyi Edərək Rəqabəti Canlandirir

    12 may 2009-cu il tarixində Bakcell Azərbaycanın inkişaf edən mobil rabitə bazarında qabaqcıl mobil rabitə operatoru kimi qabaqcıl mövqeyini möhkəmlədəcək brend dəyişikliyini elan edir.Yeni brend gələcək innovasiyalar üçün güclü platformanı təmin edəcək hər bir şeyi – azərbaycanlıların milli qürurunu, müştərilərə qayğını və mütərəqqi mövqeyini əsas tutur.Brend dəyişikliyi ümummilli səviyyədə tətbiqi yeni veb-sayt, televiziya, radio, mətbuat, elektron poçt və SMS vasitəsilə reklam daxil olmaqla, güclü marketinq və reklam kampaniyaları ilə dəstəklənir. Bütün marketinq proseslərində əks olunan yeni brendin tətbiqi abonentlərə 200-dən artıq mağaza və xüsusi xidmət mərkəzlərini əhatə edəcək, mağazaların yenilənməsi üzrə hərtərəfli proqram vasitəsilə nümayiş olunur. O, həmçinin əməkdaşlar arasında brendin yeni dəyərlərinin tətbiq edilməsi üçün şirkətdaxili kampaniya vasitəsilə də dəstəklənir.Brend dəyişikliyi ardıcıl strateji addımlardan ibarətdir. Bura şəbəkəyə iri sərmayələr cəlbi, yeni texnologiyaların və müştəri xidmətlərinin inkişafı və ilin əvvəlində Nokia Siemens Network ilə əməkdaşlıq sayəsində operatorun GSM-təklifinin genişlənməsi daxildir.  Bütün bunlar Baksell şirkəti tərəfindən təqdim edilən xidmətlərin gücləndirilməsinə və onun bazarda payının genişləndirilməsinə xidmət edir.