download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti Uğurlu Biznes İnkişafı Strategiyasına görə UĞUR Milli Mükafatına layiq görülüb
    29.03.2011

    Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti UĞUR-2010 Milli Mükafatının telekommunikasiya sahəsində uğurlu biznes inkişafı strategiyası nominasiyası üzrə qalibi olub. UĞUR Milli Mükafatı “Consulting & Business” Jurnalı tərəfindən təsis edilib və Azərbaycanda iqtisadiyyat və biznesin inkişafı sahəsində fəal iştirakına görə yerli şirkətlərə verilən illik mükafatdır. Bakcell şirkəti Azərbaycan iqtisadiyyatına sərmayə yatıran ən iri şirkətlər sırasındadır. Düzgün sərmayə qoyuluşu sayəsində 2010-cu ildə şirkət öz şəbəkəsini tam olaraq genişləndirib və təkmilləşdirib. Bakcell şəbəkəsi hal-hazırda əhalinin 95%-ni əhatə edir. Buna səbəb paytaxtdan kənarda və bütün ölkə üzrə Bakcell şəbəkəsinin əhatə dairəsinin genişlənməsinə yönəldilmiş uğurlu strategiya olub. Hal-hazırda 2000-dən artıq baza stansiyasının fəaliyyətdə olması ilə ən ucqar ərazilər də daxil olmaqla, ölkə ərazisinin 82%-i yüksək keyfiyyətli rabitə ilə təmin olunur. Görülən işlərin nəticəsində Bakcell abunəçilərinin sayı 2.5 milyonu keçib və onların sayı artmaqda davam edir. Şirkət adından Uğur Mükafatını qəbul edən Bakcell-in Texniki Direktoru cənab Yigit Berktaş bu etimada görə mükafat təsisçilərinə minnətdarlığını bildirib: “Bakcell şirkəti biznesin inkişafı sahəsində fəaliyyətini davam edəcək və 2011-ci ildə bazara yeni təkliflər təqdim edəcəkdir”. Qeyd edək ki, 2009-cu ildə Bakcell Xəzər İnteqrasiya Biznes Klubu tərəfindən “İlin telekommunikasiya şirkəti” adına layiq görülüb. 2010-cu ilin mart ayında Bakcell “Ən sürətlə inkişaf edən şirkət” kimi UĞUR Milli Mükafatını qazanıb. 2010-cu ildə şirkət həmçinin “İlin texnologiya lideri” və “İlin korporativ sosial məsuliyyət lideri” nominasiyaları üzrə Azeri Business Award tərəfindən milli mükafatlarla təltif edilib. Bakcell-in məhsul və xidmətləri barədə ətraflı məlumat əldə etmək üçün xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri şirkət və onun xidmətləri barədə məlumat almaq üçün 055 000 05 55 nömrəsinə zəng edə bilərlər.