undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
İnnovasiya
və sürət lideri “Bakcell” regionun ən nüfuzlu innovasiya tədbiri -“INMerge”
Sammitinin tərəfdaşı olacaq. Sammit çərçivəsində “Bakcell”in dəstəyi ilə baş
tutacaq “Telco 2 Techco” panel müzakirəsində şirkətin baş icraçı direktoru
Klaus Müller çıxış edəcək. Tədbirdə qlobal texnologiya və telekommunikasiya
şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Panel müzakirəsi
zamanı dəyişən dünyada baş verən çağırışlar, telekommunikasiya sənayesindən
texnologiya sənayesinə keçid, son dövr yeniliklər, süni intellekt əsaslı məhsul
və xidmətlərlə bağlı müzakirələr aparılacaq.
“Bakcell”
innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal
transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak
edir. Bu həllər şirkətin həm əməliyyat proseslərində, həm də “Bakcell”in müştərilərinə
təqdim etdiyi gündəlik məhsul və xidmətlərində öz əksini tapır. Eyni zamanda,
şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində
innovasiyalar və süni intellekt ilə bağlı geniş, əhatəli fəaliyyət planı həyata
keçirilir.
“Paşa
Holding” tərəfindən 29-30 sentyabr tarixlərində təşkil olunacaq “INMerge”
Sammiti Cənubi Qafqaz və Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq
sahələrində liderləri, startapları, investorları və dövlət nümayəndələrini bir
araya gətirən ən mühüm texnoloji tədbirdir. Builki “INMerge” Sammitində 5000-dən
çox iştirakçı, 150-dən artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə
tutulur. Sammit zamanı iştirakçılar ən son trendlər, süni intellekt, data
analitika, kibertəhlükəsizlik və digər aktual mövzular üzrə fikir mübadiləsi
aparacaq, eləcə də qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.