download bakcell application logo

Backcell
Backcell
Bakcellin baş ofisində kiçik insident baş verib
03.06.2010

Azərbaycanın mobil operatoru Bakcell iyunun 2-də səhər baş ofisində baş verən kiçik insidentlə bağlı ictimaiyyətə məlumat yayıb. İnsident birinci mərtəbədə alışma nəticəsində baş verib, amma 10 dəqiqə ərzində vəziyyət nəzarət altına alınıb. Baş verənlərlə bağlı Bakcellin heyəti dərhal evakuasiya edilib. Bakcell məmnuniyyətlə xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb, hazırda iş personal və istehlakçılar üçün heç bir narahatlıq olmadan davam edir.