+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı

Xəta
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Xəta
Əməliyyat uğursuz oldu.
Təbriklər
Əməliyyat uğurla başa çatdı
“Bakcell”dən “Yay Gecələri” kampaniyası; Çox danış, 8 dəfəyədək az ödə
02.07.2009
Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan “Bakcell” şirkəti öz abonentləri üçün yeni “Yay Gecələri” kampaniyasını elan edib.Gecə saat 12-dən səhər saat 8-dək “Bakcell” abonentləri üçün şəbəkədaxili zənglər indi 8 dəfəyədək ucuzdur. “Yay Gecələri” kampaniyasına qoşulmaq və 8 dəfəyədək ucuz danışmaq çox sadədir. Bunun üçün sizin SMS göndərməyinizə və ya “Bakcell” Müştəri Xidməti Mərkəzlərinə getməyinizə ehtiyac yoxdur. Bütün CIN və KLASS abonentləri xüsusi gecə tarifindən avtomatik olaraq faydalana biləcəklər. Kampaniya çərçivəsində CIN abonentləri 1 dəqiqə/5 kontur, KLASS abonentləri isə 1 dəqiqə/1 qəpik tarifi ilə danışacaqlar. “Yay gecələri” aksiyası çərçivəsindəki endirimlər “Sevimli nömrələr”ə edilən zənglərə, rouminq üzrə danışıqlara, o cümlədən “Bakcell” şəbəkəsi xaricində edilən zənglərə şamil edilmir.“Yay Gecələri” kampaniyası 15 sentyabr 2009-cu il tarixədək davam edəcək. “Bakcell”in məhsulları və xidmətləri haqqında əlavə məlumat üçün, lütfən www.bakcell.com və ya bizim Müştəri Xidmətləri Mərkəzlərimizə müraciət edin.