download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell rouminq tərəfdaşlarının sayına görə öndədir
    15.12.2014
    Bakcell rouminq tərəfdaşlarının sayına görə öndədir

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti rouminq tərəfdaşlarının sayına görə (ölkələr, mobil operatorlar, GPRS, Camel rouminq xidməti və s.) ölkədə birincidir. Bakcell abunəçiləri hazırda dünyanın hər yerində - Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrikada rouminq xidmətlərindən yararlana bilərlər. Bakcell ümumilikdə 168 ölkədə 417 mobil operatorla rouminq əlaqələri qurub. GSM xidməti ilə yanaşı, Camel rouminq xidməti və GPRS (İnternetdən) rouminq üzrə də Bakcell ən yüksək göstəricilərə malikdir. Xidmətlər üzrə rouminq tərəfdaşlarının sayını aşağıdakı cədvəldə görmək olar:   Xidmətlər Ölkələrin sayı Mobil operatorların sayı GSM 168 417 Camel 110 220 GPRS 162 343 “İndi Bakcell abunəçilərinin dünyanın daha çox nöqtəsində mobil rabitə xidmətlərindən istifadə etməsi üçün imkanlar daha genişdir. Biz səs və SMS xidmətləri ilə yanaşı, Camel rouminq və GPRS rouminq xidmətinin göstərildiyi ölkələrin və tərəfdaş mobil operatorların sayının artırılması üzərində işləyirik və bugün bu sahədə öndə olmağımız bizim üçün qürurvericidir. Rouminq tərəfdaşlarımızın şəbəkəsini genişləndirməyə və abunəçilərimizə çox sərfəli tariflərlə hər cür rouminq xidməti göstərməyə davam edəcəyik”, deyə Bakcell şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib. “Bakcell”in CIN, Klass və Gold abunəçilərinə Azərbaycandan kənarda olarkən səs, SMS və mobil İnternet xidmətlərindən istifadə etmək üçün müvafiq paketlər təklif olunur. Bununla yanaşı, Bakcell müxtəlif kampaniyalar vasitəsilə rouminq istifadəçilərinə böyük imkanlar yaradır. Şirkətin təqdim etdiyi son rouminq kampaniyasının şərtlərinə əsasən Birləşmiş Ərəb Əmirliklərinə səfər edən abunəçiləri “Bakcell”in bazarda olan ən yaxşı təklifindən istifadə edərək bir meqabayt İnternet üçün cəmi 0.25 AZN, daxil olan zənglərin dəqiqəsi üçün cəmi 0.25 AZN, çıxan zənglərin dəqiqəsi üçün isə cəmi 0.75 AZN ödəyirlər. Kampaniyaya qoşulmaq üçün {{buttons "*130#C"}} kodunu yığmaq kifayətdir. Bundan bir qədər öncə isə şirkət rouminq qiymətlərinə 50%-dən artıq endirim tətbiq edib. Nəticədə ən çox istifadə olunan istiqamətlərdə (ölkələrdə) daxil olan zənglərin bir dəqiqəsinin qiyməti 65 qəpikdən 32 qəpiyə endirilib. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.