Bakcell müştərilərə Daha yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq və onlara rəqiblərdən daha çox dəyər verərək, 16-dan çox Avropa ölkəsinin 20-dən çox mobil operatoru ilə GPRS-rouminq müqaviləsi bağlayıb. Bura Rusiya, Türkiyə, Böyük Britaniya, Ukrayna və Gürcüstan kimi tanınmış ölkələr daxildir.Bu razılaşmaların nəticəsi olaraq, indi Bakcell müştəriləri Azərbycandan kənarda olarkən internetdən lazım olan məlumatların əldə edilməsi, e-mail-in yoxlanması, mühüm sənədlərin göndərilməsi və qəbul edilməsi kimi yüksəksürətli internet xidmətlərindən istifadə etmək imkanı əldə edəcəklər. Müştərilərin daha çox səfər etdikləri tanınmış ölkələrdə əhatə dairəsini genişləndirmək üçün Bakcell gələcəkdə də GPRS-rouminq razılaşmaları imzalayacaq. Bakcell öz müştərilərinə yeni GPRS-rouminq müqavilələri barədə mütəmadi olaraq məlumat verəcək.Mobil internet rouminqdən başqa, Bakcell müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrikada Səsli və SMS-rouminq xidmətlərindən də istifadə edə bilərlər. Dünyanın 153 ölkəsinin 256 operatoru ilə Bakcell-in Səsli və SMS-rouminq razılaşması var.Bu il Bakcell şəbəkəsini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakcell Azərbaycanın bir neçə bölgəsində, o cümlədən Gəncə, Şəki, Şirvan, Cəlilabad və Naxçıvanda yeni Müştəri xidmətləri mərkəzləri və “Bakcell-İM” satış nöqtələrinə malikdir. Ötən iki ay ərzində 200 minə yaxın yeni müştəri Bakcell-ə qoşulub və bununla da şirkətin aktiv abunəçilərinin sayı 2 mln-a çatıb.